Xərçəng haqqında miflər

Xərçəng- yaşla bağlı xəstəlikdir
Bu, belə deyil.
Ənənəvi olaraq, biz xərçəngin yaşla əlaqəli xəstəlik olduğunu hesab edirdik. Ancaq son onilliklərdə o, çox gəncləşdi. Xəstəliyin zirvəsinin kifayət qədər yaşlı dövrə təsadüf etməsinə baxmayaraq, bu gün, məsələn, döş xərçəngi və ya servikal xərçəng diaqnozu qoyulmuş bir çox gənc qadınları görə bilirik. Üstəlik, bu xəstəlik onlarda olduqca aqressiv keçir və ölümə səbəb ola bilər. Bunun niyə belə olmasına dəqiq bir cavab yoxdur.

Davamı →

Xərçəng xəstəliyi

1.Şişlər.
2.Bədxassəli şişlər.
3.Xoşxassəli şişlər.


Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Baxmayaraq ki tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.


Ardı →

Şiş xəstəlikləri

ŞIŞ XƏSTƏLIKLƏRI — xoşxassəli və bədxassəli olur. Sağlam xassəli şişdə onu əhatə edən toxumalardan ayıran xüsusi kapsul vardır. Bu şiş çox yavaş böyüyür və asanlıqla müalicə olunur. Bəzi xoşxassəli şişlər hərdən bədxassəli (yaman) şişlərə çevrilir: tünd piqment ləkəsi ən bədxassəli şişə — melanomaya, mədə polipi — xərçəngə çevrilə bilər.
Bədxassəli şişlər üçün səciyyəvi əlamətlər bunlardır: kapsulun olmaması, daima böyüməklə qonşu toxumalara keçməsi, metastaz vermə (şiş hüceyrələrinin limfa və ya qan axını ilə başqa üzvlərə və toxumalara köçürülməsi), residiv verməsi (kənar edildikdən sonra eyni yerdə yenidən peyda olma), kaxeksiya (ümumi üzülmə). Bədxassəli şiş epitel toxumasından əmələ gəlmişsə xərçəng, birləşdirici toxumadan əmələ gəlmişsə — sarkoma adlanır.


Davamı →